Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında imtahan sessiyası başlayıb

Gömrük Akademiyasında imtahan sessiyası başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Akademiyanın rəisi Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.

Həmçinin, sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apelyasiya komissiyası da fəaliyyət göstərir.

Qeyd edək ki, 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 30 dekabr 2019-cu il - 31 yanvar 2020-ci il tarixlərini əhatə edir.

İctimaiyyətlə əlaqələr şöbəsi